25 yaşlı ana özünü meşədə asdı
Onun əsəblərinin yerində olmadığı bildirilir
Ötən gün günorta saatlarında Astarada 25 yaşlı qadın özünü asıb. Astara rayon polis şöbəsindən verilən məlumata görə, Vaqadi kəndində yaşayan 1988-ci il təvəllüdlü Elnarə Surulla qızı Mahmudova yaşadığı evin yaxınlığındakı meşədə ağacdan özünü asıb. Onun intihar etməsinin səbəbləri dəqiq məlum olmasa da, qadının əsəblərinin pozulduğu bildirlib.
Qeyd edək ki, Elnarə Mahmudova 20 gündür ana olubmuş. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
O.M.
Digər xəbərlər