Bu gün erməni əsirini geri göndərəcəyik
Xocayan Mamika Tiqranoviç ölkəsinə təhvil veriləcək
"Yanvarın 28-də qoşunların təmas xəttini keçərkən saxlanılan Ermənistan vətəndaşı Xocayan Mamika Tiqranoviçin bu gün ölkəsinə təhvil verilməsi nəzərdə tutulur".
Bunu açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib.O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) köməkliyi ilə həmin şəxsin bu gün Ermənistan tərəfinə verilməsi gözlənilir.
Qeyd edək ki, yanvarın 28-də saat 16 radələrində təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndində çayı keçərkən sakinlər tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.
Digər xəbərlər