Xalq şairi müalicə üçün Almaniyaya gedib
Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub səhhətindəki ciddi problemlər hələ də qalmaqdadır. Ailə üzvlərinin Modern.az-a verdiyi məlumata görə, xalq şairi Almaniyaya gedib.
"Səhhəti normaldır. Amma böyrək köçürülməsi gözlənilmir. Hazırda Almaniyaya müayinəyə gedib. Bir həftəyə kimi geri dönəcək".
Qeyd edək ki, 2012-ci ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı keçirən və hər iki böyrəyi çıxarılan xalq şairinin bütün müalicə xərcləri dövlət tərəfindən ödənilir.
Digər xəbərlər