Düşmənlər bu gecə Tovuzu, Füzulini atəşə tutublar

Düşmənlər bu gecə Tovuzu, Füzulini atəşə tutublar

18 Mart 2014 09:37
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutub. Füzuli rayonunun Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.

Mediainfo.az