1 May mitinqi üçün təyyarə qaçırmaq istədi
50 yaşlarındakı bir şəxs Türkiyə təyyarəsini qaçırmaq istəyib. Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Quzey Kıbrıs Türk Cümhuriyyətindən Ankaraya səfər edən sərnişin təyyarəsini qaçırmaq istəyən şəxs "Ustümdə bomba var" deyib.
Təyyarə piratı cib telefonunun naviqasiya sistemi ilə təyyarəni təqib etdiyini bildirib. Və qeyd edib ki, təyyarə İstanbula getməsə təyyarəni partladacaq.
Sərnişinləri vahiməyə salan kişi sonra təyyarənin ayaqyoluna girərək qapını kilidləyib. Təyyarə Ankaraya endikdən sonra polis təyyarə piratını zərərsizləşdirib.
Təyyarəni qaçırmaq istəyən şəxs bildirib ki, 1 May mitinqində iştirak etmək üçün İstanbula getmək istəyib.
Mediainfo.az
Digər xəbərlər