Prokuror Pərviz Həşimliyə 9 il cəza istəyib

Prokuror Pərviz Həşimliyə 9 il cəza istəyib

12 May 2014 16:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində "Bizim yol" qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Pərviz Həşimlinin vəkili Bəhruz Bayramovun apa-ya verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, P. Həşimlinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hazırda proses davam etdirilir.

Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.

Mediainfo.az