Naməlum şəraitdə bıçaqlandı
Bakının Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi olub. Bu barədə Binəqədi RPİ-dən məlumat verilib. Məlumata görə, Bakı şəhər sakini Nazim Bağırov naməlum şəraitdə bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Nazim Bağırovun həyatını xilas etmək mümkün olub.
5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim İbrahimov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Mediainfo.az
Digər xəbərlər