
Kursant azərbaycanlı Rusiyada itkin düşüb
Rusiyanın Novorossiysk şəhər polisi itkin düşmüş azərbaycanlı kursant haqqında axtarış elan edib. Apa-nın məlumatına görə, şəhər üzrə DIN idarəsi 1992-ci il təvəllüdlü azərbaycanlı, Qazaxıstan vətəndaşı Arif Koroğluyevin itkin düşdüyünü bəyan edib.
O, F.F.Uşakov adına Akademiyanın 5-ci kursunda təhsil alan kursantdır. 25 dekabr 2014-cü ildə saat 12.17-də Arif Novorossiysk avtovağzalından Novorossiysk-Krasnodar istiqamətində yola düşüb. İndiyə kimi onun yeri məlum deyil.
Boyu 185 sm, gözləri göy, açıq-şabalıdı saçı olan bu oğlanın əynində qara rəngdə kapşonlu gödəkçə, tünd rəngli cins və qara rəngli ayaqqabı olub. Mobil telefonu olsa da, bir aydır həmin nömrəyə zəng çatmır.
Mediainfo.az
Digər xəbərlər