Talibanla döyüşdə 78 əfqan həlak olub
Nuristan əyalətində Talibanla təhlükəsizlik qüvvələri arasında iki gün davam edən döyüş zamanı 78 nəfər həlak olub. Onlardan 33 nəfəri Əfqanıstanın sərhəd xidmətinin əməkdaşlarıdır. Nuristan vilayətinin qubernatoru Camaləddin Badar bildirib ki, 150-yə qədər tam silahlanmış Taliban üzvünün hücumu dəf edilərkən 40 terrorçu zərərləşdirilib. Atışmada 5 dinc sakin həlak olub. Onun sözlərinə görə, terrorçular həmsərhəd Pakistan tərəfindən hücum ediblər.
Təhlükəsizlik qüvvələri təhlükəli vəziyyətə düşdülər.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər