“Taliban” İspaniya səfirliyi qarşısında bomba partlatdı: ölənlər var

“Taliban” İspaniya səfirliyi qarşısında bomba partlatdı: ölənlər var

12 Dekabr 2015 17:08
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstan paytaxtında avtomobilə qoyulmuş bombanın partlaması nəticəsində 7 nəfər ölüb.

apa-nın "Associated Press"ə istinadən verdiyi məlumata görə, hadisə İspaniya səfirliyinin yerləşdiyi binanın yanında baş verib.

Partlayış nəticəsində 5 polis əməkdaşının və iki mülki şəxsin öldüyü bildirilir. Onlardan biri xarici vətəndaşdır. Yaralıların sayına gəldikdə isə Əfqanıstan Daxili İşlər Nazirliyindən bildiriblər ki, partlayış zamanı 9 nəfər, o cümlədən iki polis əməkdaşı yaralanıb.

Terror aktına görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.

Mediainfo.az