Cəsədi tapılmış neftçinin kimliyi müəyyən olunub

Cəsədi tapılmış neftçinin kimliyi müəyyən olunub

3 Fevral 2016 15:22
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub. SOCAR-dan verilən məlumata görə, ekspertlərin rəyinə əsasən, cəsəd "Neftqaztikinti" Trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğlunundur.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

Mediainfo.az