Gəncədə polis əməkdaşı silahlı insident törədib
Ötən gün Gəncənin Kəpəz rayon Polis Şöbəsində polis əməkdaşı silahlı insident törədib. Bu barədə APA-ya Gəncə şəhər Baş Polis İdarəsindən bildirilib. Şöbənin əməkdaşı, polis baş leytenantı Eldəniz Məmmədovun xidməti silahından açılan atəş nəticəsində polis nəfəri Maarif Məmmədov və bir nəfər mülki şəxs xəsarət alıb. Nəticədə hər iki yaralı xəstəxanaya yerləşdirilib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Qanun keşikçisi qanunu pozdu.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər