
Belçikada rok festivalı zamanı bədbəxt hadisə baş verib
Belçikada keçirilən rok festivalında bədbəxt hadisə baş verib. Festivalın gedişi zamanı baş verən güclü qasırğa nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Leysan və ildırımla müşayiət olunan güclü külək iki səhnənin konstruksiyasının və böyük ekranların dağılmasına səbəb olub. Bir səhnə konstruksiyası isə tamaşaçıların üzərinə aşıb. Təşkilatçılar şənbə gününə kimi davam etməli olan konsertin dayandırıldığını bildiriblər.
Rok festivalı şok festivalına döndü.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər