Təmir etdiyi maşın başına düşdü
Bakıda avtotəmir sexində işləyən şəxsin üzərinə avtomobil düşüb.
"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "V" y/s, ev 26 ünvanın qarşısında yerləşən avtotəmir sexində qeydə alınıb.
Orada usta işləyən Seymur Qurbanovun baş nahiyəsinə avtomobil düşüb. S.Qurbanov kəllə-beyin travmasi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər