
Respublikada leysan gözlənilir
Avqustun 29-na kimi qeyri-sabit havamız olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıqla çıxış edib. Avqustun 27-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Avqustun 29-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi rayonlarda lokal leysan xarakterli olacağı, çaylarda sululuğun artacağı, Böyük Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Günel Həbib
Digər xəbərlər