Bu yük maşını 75 yaşlı qadını vurdu - FOTO
Dünən axşam saatlarında Şəmkir şəhəri, Nəriman Nərimanov küçəsində hərəkətdə olan "Ford" markalı yük avtomobili yolu keçmək istiyən 75 yaşlı Şəmkir şəhər sakini Əfruz Həsənovanı vurub.
Müxtəlif bədən xəsarəti alan yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasının travmatalogiya şöbəsinə gətirilib. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra palataya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Anar Qasımov - həkim: "Alın nahiyəsinin əzilmiş yarası ilə xəstəxanaya müraciət edib. Xəstənin və gətirənlərin deməsinə görə, o, avtoqəza nəticəsində xəsarət alıb. Xəstəyə ilk yardım göstərilib, vəziyyəti kafidir". (region tv)
Mediainfo.az
Digər xəbərlər