Bərdə elektrik şəbəkəsinin rəisi işdən çıxarıldı

Bərdə elektrik şəbəkəsinin rəisi işdən çıxarıldı

28 Aprel 2017 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərişıq" ASC-nin Bərdə rayon elektirik şəbəkəsinin rəisi işdən çıxarılıb.

"Report"un məlumatına görə, "Azərişıq" ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon elektirik şəbəkəsinin rəisi Vidadi Babayev işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

V.Babayev "Azərişıq" ASC-nin sədri Baba Rzayevin əmri ilə tutduğu vəzifədən kənarlaşdırılıb.
İşdən çıxarılan rəisin yerinə hələlik təyinat yoxdur. Rayon elektrik şəbəkəsinin rəisi vəzifəsi müvvəqəti olaraq baş mühəndis Sahib Abbasova tapşırılıb.

Qeyd edək ki ,V.Babayev bu vəzifəyə 3 il əvvəl təyin edilmişdi.

Mediainfo.az