VİDEO-Müsəlman kino-festivalında porno ulduz mükafat aldı

VİDEO-Müsəlman kino-festivalında porno ulduz mükafat aldı

7 Oktyabr 2011 15:36
Bəyəndim (0) Bəyənmədim (0)
Tatarıstanın dini lideri bu halı kəskin tənqid etdi

Sentyabr ayında Kazan şəhərində keçirilən müsəlman ölkələrinin kino festibvalı qalmaqalla yekunlaşdı. Belə ki, hər zaman İslam dinini tənqid edən, çoxsaylı pornoqrafik filmlərə çəkilən türk əsilli alman aktrisası Sibel Kekilli festivalın qran-prisini aldı. Aktrisa "Yad" filmində canlandırdığı obraza görə ən yaxşı qadın aktrisası nominasiyasında mükafatlandırıldı. Bundan əvvəl o, açıq-saçıq filmlər sektorunda Dilara ləqəbi ilə məşhur idi.

Tatarıstanın dini lideri İldus Faizov bu faktı kəskin tənqid edərək, muxtar respublikanın Mədəniyyət Nazirliyinə etiqaz məktubu ünvanladı.

Newsru.com xəbər agentliyi bildirir ki, festivalın rəsmi saytında bu, yeganə kateqoriyadır ki, qran-pri alan aktrisanın adı deyil, filmin adı yer alıb.

Yeri gəlmişkən, müsəlman kino festivalında erməni aktyoru Armen Ciqarxanyan da iştirak edirdi.

Çox vaxt sevişmə sevgiyə gətirib çıxarır...

Hafiz Əhmədov

O.M.