Türkiyədə dağıntılar altından 14 günlük körpə sağ çıxarıldı

Türkiyədə dağıntılar altından 14 günlük körpə sağ çıxarıldı

25 Oktyabr 2011 16:05
Bəyəndim (0) Bəyənmədim (0)
Xilasedicililər indi də ananın həyatını xilas etməyə çalışırlar

Türkiyənin Van bölgəsinin Erciş rayonunda zəlzələ nəticəsində dağılmış bina altından 14 günlük körpə sağ olaraq çıxarılıb. Türkiyə mətbuatının məlumatına görə, 14 günlük Azra adlı qız uşağının anası Semiha Karaduman da yaşadığı evin dağıntıları altında sağdır. Hazırda xilasedicilər körpənin anasının həyatını xilas etməyə çalışırlar.

Xatırladaq ki, Türkiyənin Van bölgəsində iki gün öncə 7,2 bal gücündə zəlzələ baş vermişdi. Türkiyə dövlət rəsmiləri yeraltı təkanlar nəticəsində 366 nəfərin öldüyünü, 1301 nəfərin yaralandığını, 2262 binanın isə dağıldığını açıqlayıblar.
Fəlakət bölgəsində 3346 xilasedici, 787 səhiyyə işçisi, 16 axtarış iti, 563 texnika, 138 ambulans, 95 səyyar ayaqyolu fəaliyyət göstərir.

Dərd bölüşəndə azalır...

Sərvər Aslanov

O.M.