Ölkə ərazisində qısmüddətli toz-dumanı gözlənilir

Ölkə ərazisində qısmüddətli toz-dumanı gözlənilir

18 Aprel 2018 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün və sabah ölkə ərazisində qısmüddətli toz-dumanı gözlənilir.

Mediainfo.az saytının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mətbuat xidmətinə itinadən verdiyi xəbərə görə, adı çəkilən nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən 18-19 aprel 2018-ci il tarixlərində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir. Buna səbəb 18 aprel 2018-ci il tarixində günorta saatlarından başlayaraq ölkə ərazisinə Ərəbistan yarımadasından cənub-qərb küləkləri vasitəsilə toz-dumanının daxil olmasıdır.

Bakıda və Abşeron yarmadasında müşahidə olunan toz-dumanı ilə bağlı Departament operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.