Bakıda məşhur binada yanğın, general hadisə yerində - Fotolar+ Video

Bakıda məşhur binada yanğın, general hadisə yerində - Fotolar+ Video

28 Aprel 2018 20:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda hündürmərtəbəli binada yanğın başlayıb.

"Qafqazinfo" xəbər verir ki, binanın üst mərtəbəsində əvvəlcə tüstülənmə başlasa da, sonradan yanğına çevrilib.

Bu dəqiqələrdə başlayan yanğın yerinə yanğınsöndürənlər cəlb olunub.

Qeyd edək ki, bina tam istifadəyə verilməyib, tikinti işləri hələ də dava edirdi.

***

Hazırda əməkdaşlarımız yanğın baş verən ərazidədir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də hadisə yerindədir.

***

Yanğın lokallaşdırılıb.

Murad Əhməd

Fotolar+ Video: Pərvin Zeynal