Pakistanda dəhşətli avtomobil qəzası baş verib

Pakistanda dəhşətli avtomobil qəzası baş verib

22 Yanvar 2019 09:59
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanda dəhşətli avtobus qəzası baş verib.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Pakistanın Kəraçi şəhərindən Pancqur istiqamətində gedən avtobus yanacaq aparan maşınla toqquşub. Nəticədə 14 nəfər ölüb, 16 nəfər yaralanıb. Verilən məlumata görə, yaralıların bəzilərinin vəziyyəti olduqca ağırdır. Hazırda müvafiq qurumlar hadisənən baş vermə səbəblərini araşdırırlar.