Rusiyada koronavirusa ilk yoluxma halı qeydə alındı
Trans-Baykal sakini, Koronavirus əlamətləri ilə Buryatiyada xəstəxanaya yerləşdirilib.
Oxuməni.az-ın Russian.rt.com-a istinadən verdiyi xəbərə görə, nazirliyin nümayəndəsi deyib ki, Trans-Baykal bölgəsinin 36 yaşlı sakini yanvarın 21-də xəstələnib, dörd gün sonra xəstəxanaya yerləşdirilib.
"O, Ulan-Ude şəhərində səfərdə olub. Ulan-Udeyə gəlməzdən əvvəl Asiya ölkələrində, o cümlədən Çində olub.
Xəstəliklə bağlı analizlər Novosibirskə göndərilib.
Yanvarın 27-də Trans-Baykal vilayətinin qubernatoru Aleksandr Osipov Çinə yeni koronavirus tipinin yayılması ilə əlaqədar region ərazisində yüksək hazırlıq rejimi tətbiq etməyi tapşırıb.
Oxuməni.az
Digər xəbərlər