Üç gündə ikinci Kaliforniya qırğını - yeddi nəfər öldürüldü, şübhəli polisə təslim oldu

Üç gündə ikinci Kaliforniya qırğını - yeddi nəfər öldürüldü, şübhəli polisə təslim oldu

24 Yanvar 2023 16:08
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni atışma, San-Fransiskodan əlli kilometr cənubda yerləşən "Half Moon Bay" sahil qəsəbəsində baş verib.

Oxuməni.az xəbər verir ki, polis atəş açan şəxsin, hələlik rəsmi olaraq "şübhəli"-nin, 67 yaşlı yerli sakin Çjao Çunli olduğunu açıqlayıb.

Şənbə günü Kaliforniyanın başqa bir yerində, Los-Ancelesin ətrafı Monterey Parkda 11 nəfər həlak olub. Bu cinayətdə şübhəli bilinən 72 yaşlı Hu San Tranın mikroavtobusu polis tərəfindən qarşısını kəsən zaman özünü güllələyib.

Çjao Çunli özü qətllərdən təxminən iki saat sonra polisə müraciət edib. Onun gəlişi və saxlanması müşahidə kameraları tərəfindən lentə alınıb.

Çjaonun ilk dörd qurbanı göbələk fermasında, digər üçü isə yaxınlıqdakı nəqliyyat şirkətində tapılıb. Qətllərin motivi hələlik məlum deyil.

Qətliamın baş verdiyi San-Mateo dairəsinin polis idarəsinin şerifi Kristina Korpus keçirdiyi mətbuat konfransında, şübhəlinin yanında yarı avtomatik tapança olduğunu və ehtimal ki,o atəşi bu tapancadan açdığını bildirib. Korpusun məlumatına görə, Çjao indi ifadə verir.

Şerifin sözlərinə görə, vurulanlardan biri ağır vəziyyətdə xəstəxanadadır.

Kristina Korpus əlavə edib ki, Çjao məktəbdən yeni qayıdan uşaqların gözü qarşısında insanları güllələyib, "Uşaqların bunu görməsinin nə demək olduğunu təsəvvür etmək mümkün deyil".

"Half Moon Bay" şəhər şurasının üzvü Debbi Ruddok jurnalistlərə bildirib ki, qurbanlar çinli olub və onlar fermada işləyirlər.

San Mateo dairəsinin sözçüsü Associated Press-ə bildirib ki, qətliamı "narazı olan ferma işçisi" törədib.

E.Axund, Oxuməni.az