Lotu Quli ilə bağlı “sxodka“
İki "vorzakon" cəzalandı
Rusiyanın Sankt-Peterburq şəhərində kriminal aləmin nüfuzlu şəxslərinin iştirakı ilə "sxodka" keçirilib. AzNews.az-ın məlumatına görə, "sxodka"da 2 nəfər "qanuni oğru" ləqəbindən məhrum edilib, 1 nəfər "qanuni oğru" isə "ciddi töhmət" alıb.
Ləqəbindən məhrum edilən "qanuni oğru"lar 40 yaşlı Aleksey Qudin (Lexa İrkutski) və 31 yaşlı Besik Kvinixidzedir (Beso Rustavski). "Ciddi töhmət" alan "qanuni oğru" isə 51 yaşlı Merab Mzareluadır. Bu barədə Mirıç, Albert Rıjıy, Saçino , Beso Zarandiy, Qoço və Yuri Lazarevskinin imzalarıyla "proqon" yayılıb.
"Proqon"da "Lexo və Besonun yalan danışaraq oğru ailəsinə daxil olmaq istəməsi" və onların əslində "heç vaxt oğru olmaması" iddia edilib. Əldə olunan məlumatlara əsasən, "sxodka" Əli Heydərovun ("Albert Arxangelsk") təşəbbüsü ilə toplanıb. Onun Quli ləqəbli Nadir Səlifovla aralarında olan konflikti əsasında Qudin və Mzarelua ilə aydınlaşmamış məsələləri də olub. Belə ki, Quli Albertə sui-qəsd törətmək üçün muzdlu qatil tutmaqda günahlandırılıb.
Qudin və Mzarelua isə "sxodka"da Qulinin xeyrinə danışaraq, Albertin muzdlu qatilləri tanışı olan polislərə ələ verdiyini iddia edib. Oğru qanunlarına görə isə bu, yolverilməzdir. Lakin bu toplantıda Albertin də hadisədə polislərlə işbirliyi sübuta yetirilməyib. Kvinikidze isə oğrulardan Elqudc Turkadzadə ilə münaqişəsini gizlədib. Belə ki, 2006-cı ildə Butırkada Beso adminstrasiya ilə əlaqələli olub və Qudca tərəfindən tutulub. Qudca onu döyüb və ümumi işlərdən uzaqlaşdırıb. Beso keçən ilin iyununda oğru olandan sonra bu hadisəni gizlədib. Lakin oğrular ona bu hadisəni xatırladıb. "Sxodka"dan belə məlum olub ki, Kardav qardaşları klanı bu "sxodka"dan daha ağır zərbə alıblar. Qudin bu yığıncaqda onlar üçün azsaylı slavyan tərəfdaşlarından olub.
Mediainfo.az