İtkin düşmüş gəlin tapıldı - VİDEO

İtkin düşmüş gəlin tapıldı - VİDEO

23 Avqust 2014 13:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bir müddət əvvəl ANS-in efirində Lənkəran rayonunun Havzava kəndində baş tutan qəribə toy haqda məlumat verilmişdi. Bu toyun qəribəliyi onda idi ki, toyuna iki gün qalmış 18 yaşlı gənc qız qəfil yoxa çıxmışdı. Bu xoşagəlməz məqama baxmayaraq toy baş tutmuşdu. Günəş Mənsimzadənin sözlərinə görə, atası onu zorla ərə verib. 15 yaşında nişanlandığı Nazim Həsənov onu mütəmadi olaraq fiziki zorakılığa məruz qoyub. Maraqlısı odur ki, qızın sözlərinə görə, anası bundan xəbərdar olub. Lakin o, qızının taleyilə bağı heç bir tədbir görməyib. Günəş Mənsimzadə deyir ki, məni döydüyünü anam bilirdi. Deyirdi, demə heç kimə, kənddə başıma qaxarlar.

"Ailəm məni ona vermək istədi, ağladım. Dedim ki, mən oxumaq istəyirəm, ərə getmək istəmirəm. Amma ailəm mənim dediyimə məhəl qoymadı. Bir il sonra nişan oldu. Oğlan məndən 10 yaş yarım məndən böyükdür. Bizim dünyagörüşümüz tamamilə fərqlənirdi. Onun istəkləri tamam başqa, mənim istəklərim isə tamamən başqa idi. İlk gündən Nazim Həsənovla mübahisələrimiz başladı. O, məndən elə şeylər istəyirdi ki, mən isə onu istəmirdim".

Bu müddət ərzində isə Günəş Mənsimzadə Elyana Hüseynovanın evində qalıb. Elyana xanım deyir ki, Günəşin evdən qaçdığından xəbərsiz olub. Bundan sonra Günəşi də götürüb Uşaq Krizis Mərkəzinə yollandıq. Mərkəzin rəhbəri Kəmalə Ağazadənin sözlərinə görə, burda zorakılıq faktı, erkən nigah və intihar məqamları olduğu üçün məsələ artıq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyi tərəfindən araşdırılacaq. Bizimlə söhbətində ailəsinə heç cür qayıtmaq istəməyən Günəş, bu müddət ərzində sığınacaqda yerləşdiriləcək.

Mediainfo.az