Fırıldaqçılıq edən gürcüstanlı həbs olundu
Azərbaycanda Gürcüstan vətəndaşı barəsində cinayət işi açılıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Samir Orucovun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini və ümumvətəndaş pasportunu saxtalaşdırması və istifadə etməsi müəyyən edilib. S.Orucov barəsində Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə cinayət işi başlanılıb.
Mediainfo.az
Digər xəbərlər