Tulada yaşayan həmyerlimiz 10 yaşlı uşağın intiharına səbəb olub?
Rusiyada 10 yaşlı uşaq özünü yaşadığı binanın 13-cü mərtəbəsindəki eyvandan atıb. Belə ki, biri azərbaycanlı olan iki 4-cü sinif şagirdinin mübahisəsi uşaqlardan birinin ölümünə səbəb olub.
Bir necə gün öncə ölən uşağın sinif yoldaşı məktəbdə onu incitdikləri ilə bağlı atasına şikayət edib. Oğlu ilə məktəbə gələn kişi ona sataşanı tapıb və onunla danışıb. Bundan bir necə saat sonra 10 yaşlı rusiyalı intihar edib. Uşağın asfalt üzərindəki meyitini yoldan keçənlər tapıblar. Onlar dərhal təcili yardıma zəng etsələr də, həkimlər heç nə edə bilməyiblər.
Polis onun sinif yoldaşının atasını tapıb. Bu 36 yaşlı Azərbaycan vətəndaşı olub.O, Tula vilayətində qeydiyyatdadır. Adı açıqlanmayan şəxs iki sutka saxlanılıb. İntihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. Bu maddə ilə onu 5 il azadlıqdan məhrumetmə gözləyə bilər. İndi polis intiharın səbəblərini dəqiqləşdirməyə çalışır.
Mediainfo.az