
Polisi yaralayan tutuldu
Xətai rayonunun 36-cı Polis Bölməsinin əməkdaşı İltifat Bayramovu yaralamış Yevgeni Antonovski artıq saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidməti xəbər verir ki, oktyabrın 26-da saat 05 radələrində Xətai rayonu ərazisində xidmətdə olan 36-cı Polis Bölməsinin əməkdaşları İltifat Bayramov və İsmayıl Şahbazov şübhə doğuran 2 nəfərə yaxınlaşarkən onlardan biri odlu silahdan atəş açaraq, İ.Bayramova ayaq nahiyəsindən xəsarət yetirib. Hər iki şübhəli şəxs hadisə yerini tərk edib.
Həyata keçirilmiş tədbirlər nəticəsində onlardan biri - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yevgeni Antonovski artıq saxlanılıb. Ondan kustar üsulla hazırlanmış tapança götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
Mediainfo.az
Digər xəbərlər