Qızıl oğurlayan iki qardaş tutuldu

Qızıl oğurlayan iki qardaş tutuldu

25 Oktyabr 2016 16:26
Bəyəndim (0) Bəyənmədim (0)

Bərdə rayonunda oğurluq hadisəsi baş verib.

Oktyabrın 24-nə keçən gecə Bərdə şəhərində yaşayan Sandıq Ələkbərovanın evindən qızıl əşyalar oğurlanıb.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ülvi İsmayılov və qardaşı Babək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az