Bakıda iki nəfəri güllələyən şəxsi polis axtarır!
Ötən gecə Səbayıl Salyan şosesində güllələnmə qeydə alınıb.
Naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində iki nəfər – 1986-cı il təvəllüdlü Ələddin Saməddin oğlu Bağırov və 2000-ci il təvəllüdlü Firuddin Teymur oğlu İsmayılov yaralanıb.
Onlar xəstəxanaya yerləşdirilib. Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Soltan Turabov olması müəyyən edilib. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.
Aqil M.
Digər xəbərlər