Bakıda ev sahibinin başına vurub evə girdilər

Bakıda ev sahibinin başına vurub evə girdilər

27 Aprel 2017 15:06
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, aprelin 26-da saat 4 radələrində Nəsimi rayonu ərazisində yaşayan Səyyad Cəbiyevin mənzilinə aldatma yolu ilə girən 4 naməlum şəxs onun başına dəmir parçası ilə xəsarət yetirərək oradan içərisində 200 manat pul və sənədlər olan pulqabısını aparıblar.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakini Murad Səfərov, Tərtər rayon sakini Gülər Bəxtiyarzadə və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Salahov tutulub, daha 2 nəfər isə müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az