2-ci Alatavada 10 ev birdən yandı
Alov bir evdən digərlərinə sıçradı
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti məlumat verir ki, bu gün səhər saatlarında Yasamal rayonu, 2-ci Alatava yaşayış massivində yanğın hadisəsi qeydə alınıb. Bir-birinə bitişik yaşayış evlərindən birində baş verən yanğın tezliklə qonşu tikililərə keçib. Nəticədə, 10-dan çox ev yanaraq yararsız hala düşüb. Hadisə yerinə 20-dən çox yanğınsöndürən maşın cəlb edilib. Yanğının qarşısını tez bir zamanda almaq mümkün olub.
İlkin ehtimala görə, yanğına qısa qapanma səbəb olub. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
İtki insanı yandırıb yaxır...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər