Almaniyada dəhşət: Avtobus insanların üzərinə sürüldü

Almaniyada dəhşət: Avtobus insanların üzərinə sürüldü

7 Aprel 2018 19:41
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın Münster şəhərində naməlum şəxs mikroavtobusu insanların üzərinə sürüb.

Axar.az xəbər verir ki, qəza nəticəsində 3 nəfər həlak olub. Almaniya mediası hadisənin turistlərin sıx toplaşdığı ərazidə baş verdiyini yazıb. Bəzi qəzetlər isə yaralıların sayının 30 nəfər olduğunu qeyd edib.

Polis böyük etimalla hadisənin terakt olduğunu bildirib.