Gömrükdə qeyri-qanuni mobil telefonlar aşkar edilib

Gömrükdə qeyri-qanuni mobil telefonlar aşkar edilib

30 Aprel 2018 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Mediainfo.az saytının DGK Mətbuat Xidmətinə istinadən verdiyi xəbərə görə, yoxlama zamanı, avtomobilin gizli saxlanc yerindən 4 ədəd "Samsung Galaxy A3", 1 ədəd "Samsung Galaxy A5", 1 ədəd "Samsung Galaxy J1" 2017 markalı telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.