Fədayə Laçının məhkəməsi təxirə düşdü
Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, kriminal aləmdə nüfuza malik Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi növbəti dəfə təxirə düşüb.
Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulan prosesin təxirə salındığı açıqlanıb.
Buna səbəb Fədayə Laçın və digər şəxslər məhkəməyə gətirilməməsi olub.
Növbəti proses iyulun 22-nə təyin edilib.