Azərbaycanda 01 martın kriminal xronikası

Azərbaycanda 01 martın kriminal xronikası

2 Mart 2012 12:23
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 58 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 58 cinayət faktı qeydə alınmış, onların da 38-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.

1 partlayış hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər ölmüşdür.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 38 nəfər tutulmuşdur.

Astara şəhəri ərazisində 10 yaşlı T.Dadaşova dəmir parçası ilə xəsarət yetirmiş 19 yaşlı T.Cavadlı saxlanılmışdır

01.03.2012

Martın 1-də Astara şəhəri ərazisində şəhər sakini 19 yaşlı Tural Cavadlı münaqişə zəminində şəhər sakini 10 yaşlı Tural Dadaşova dəmir parçası ilə xəsarət yetirmişdir. T.Dadaşov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır. T.Cavadlı Astara RPŞ əməkdaşları tərəfindən saxlanılmışdır.

Tovuz rayonu ərazisində Gəncə şəhər sakini E.Pirverdiyev avtomaşını idarə edərkən 30-35 yaşlı kişini vurmuşdur

01.03.2012

Martın 1-də saat 21.45 radələrində Tovuz rayonu ərazisində Gəncə şəhər sakini Elman Pirverdiyev "Ford Tranzit" markalı avtomaşını idarə edərkən 30-35 yaşlı kişini vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş həmin kişi orada ölmüşdür.

Ucar rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla 27-30 yaşlı kişi vurulmuşdur

01.03.2012

Martın 2-də saat 01.20 radələrində Ucar rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla 27-30 yaşlı kişi vurulmuşdur. Nəticədə həmin kişi hadisə yerində ölmüşdür.

Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini S.Cavadova vurulmuşdur

01.03.2012

Martın 1-də saat 12.00 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Sevinc Cavadova vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Salyan rayon sakini A.Məmmədova özünü çaya atmışdır

01.03.2012

Martın 1-də Salyan rayonunun Şorsulu kəndi ərazisində kənd sakini, ruhi xəstə Axmaz Məmmədova özünü Akkuşa çayına atmışdır. A.Məmmədovanın meyiti sudan çıxarılmışdır.

Qobustan qəsəbəsindəki "Polad Əritmə" MMC-də işləyən Ə.Rəsulov çənin partlaması nəticəsində aldığı xəsarətdən ölmüşdür

01.03.2012

Martın 1-də saat 06.30 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsindəki "Polad Əritmə" MMC-də dəmir əritmək üçün nəzərdə tutulmuş çən partlamışdır. Nəticədə orada işləyən qəsəbə sakini Əbülfət Rəsulov aldığı yanıq xəsarətindən xəstəxanada ölmüşdür.

Nəsimi rayonu ərazisindəki çayxanalarda və "Barselona" klubunda qanunsuz qumar oyunlarının keçirilməsi müəyyən edilmişdir

01.03.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində İsmayıl Səfiyevə, Azər Məmmədova, İlqar Camalova məxsus çayxanalarda və Ramil Qurbanova məxsus "Barselona" klubunda qanunsuz qumar oyunlarının keçirilməsi müəyyən edilmişdir. Obyekt sahibləri saxlanılmış, istifadə etdikləri kompüter dəstləri, fakslar və çek çıxaran aparatlar, müxtəlif ödəniş sənədləri, oyunlarda istifadə olunan pul vəsaitləri aşkar edilərək götürülmüşdür.

Fevralın 29-da Z.Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini C.Muradov tutulmuşdur

01.03.2012

Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-da Zaur Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Cəmil Muradov tutulmuşdur.

Fevralın 27-də E.Hüseynzadəyə məxsus pul və şəxsi sənədləri oğurlamış Bakı şəhər sakini A.Quliyev tutulmuşdur

01.03.2012
Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də Elnarə Hüseynzadəyə məxsus 1300 manat, 300 dollar pul və şəxsi sənədləri çantasından oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Quliyev tutulmuş, ondan 0,208 qram heroin götürülmüşdür.

Xırdalan şəhəri ərazisində əvvəllər məhkum olunmuş İ.Hüseynov şəhər sakini R.Məhərrəmovun etimadını qazanaraq onun bankomat kartından pulunu çıxarmışdır

01.03.2012

Martın 1-də Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İslam Hüseynov, şəhər sakini Ramiz Məhərrəmovun etimadını qazanaraq ona məxsus bankomat kartından 66 manat pul çıxarmışdır.

Xəzər rayonu ərazisində "Hyundai" markalı avtomaşınla velosiped sürən İ.Abdullayev vurulmuşdur

01.03.2012

Fevralın 26-da saat 19.30 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakini Əsəd Hüseynov "Hyundai" markalı avtomaşını idarə edərkən velosiped sürən Balakən rayon sakini İntiqam Abdullayevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş velosipedçi martın 1-də orada ölmüşdür.

5 nəfər dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər

01.03.2012

Martın 1-də Sumqayıt şəhər sakinləri Tünzalə Mustafayeva, Məryəm Rzayeva, Sidiqə Səfərova, Nərgiz Gülüyeva və Abşeron rayon sakini Rəhimə Bayramov öz evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

O.M.