Şəkidə dəmir yol xəttində yanğın baş verdi
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Şəki rayonu, Qoxmuq kəndində (rayon mərkəzindən 10 km aralı) dəmir yolu xəttində 25 ədəd şpal yanıb. Dəmir yolu xəttinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
O.M.
Digər xəbərlər