Ağdaşda məktəb yandı

Ağdaşda məktəb yandı

3 Aprel 2012 13:33
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, Ağdaş rayon mərkəzinin 35 km-də yerləşən Abad kəndində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 590 kv.m olan birmərtəbəli orta məktəb binasının 3 otağının və kitabxanasının yanar konstruksiyaları 130 kv.m sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. İlkin ehtimala görə, yanğına səbəb qısaqapanma olub.

O.M.