Rektor tələbələrə yeni TÖVSİYƏLƏR verdi

Rektor tələbələrə yeni TÖVSİYƏLƏR verdi

1 Yanvar 2019 13:23
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov tələbələrə yeni tövsiyələr verib.

Rektor sosial şəbəkədəki paylaşımında bildirib:


"Hər birimizin xüsusi həssaslıqla yanaşmağımız gərəkən ən vacib məsələlərdən biri vaxtdan qənaətlə və səmərəli istifadədir. Vaxt yeganə nemətdir ki onu geri qaytarmaq mümkün deyil. Aşağıdakı müdrik kəlamlar həyatımızda vaxtın dəyərini xatırladır:

- Ən uzun ömürlü peyğəmbər Nuhdan soruşurlar: Ey peyğəmbərlərin ən uzun ömürlüsü! Dünyanı necə gördün? O, "İki qapısı olan bir ev kimi. Birindən daxil oldum digərindən çıxdım" deyir".

- "Sübh çağı açılan kimi vaxt insanlara xitabən buyurur: "Ey Adəm övladı! Mən yeni varlığam, gördüyünüz işlərə şahidəm. Məndən düzgün istifadə edin. Əgər getsəm bir daha Qiyamət gününə kimi bu dünyaya qayıtmayacağam" (Həsən Bəsri).

- "Ey Adəm övladı! Sənin ömrün sadəcə olaraq günlərdən ibarətdir. Hər sona çatan gün sənin də ömrünün bir hissəsini özüylə aparır" (Həsən Bəsri).

- Mən həyatda elə insanlarla rastlaşdım ki, onlar vaxtlarının üzərində var-dövlətlərinin daha çox əsirdilər" (Həsən Bəsri).

- "İki nemətin dəyərini insanların çoxu bilmir: Bunlar sağlamlıq və boş vaxtdır" (Məhəmməd Peyğəmbər).

- Məhəmməd Peyğımbərdən soruşulur: Bu dünyada insanların ən fəzilətlisi kimdir? Ömrü uzun olub əməlləri saleh olanlar deyir".

- "Adəm övladı dünyasını dəyişdikdə üç əməl istisna olunmaqla onun bütün əməllərinə son qoyulur: Bu üç əməl: sahibinə savabı daimi olaraq çatan sədəqə, insanlara fayda verən elm və özündən sonra ona dua edən saleh övladdır" (Məhəmməd Peyğəmbər).

Eyni zamanda, biz həm çalışmağı həm də istirahət etməyi bacarmalıyıq: "Ey insanlar! Qəlbinizə istirahət verin. Çünki ürək yorulduqda kor olur" (Həzrət Əli).(modern.az)