Poeziya buketi, nəğmə çələngi
GÖZLƏR
Sevgi şairəsi Pərvin Həsrətlidən Sevgililər gününə poeziya ərməğanı
Bu gecə gözümə yuxu getmədi,
Qəlbim gözlərimə sual eylədi:
Nədən ey gözlərim, nədən yatmırsan?
Yuxusuz gözlərim belə söylədi:
Ey ürək, sən sevdin, mən həsrət çəkdim,
Sevdiyim gözləri bu gün görmədim.
Bir baxışla sənə əzab gətirdim,
Belə olacağın heç gözləmirdim.
***
Bitmir göz yaşlarım, bitmir fəryadım,
Sevgidə gətirmir taleyim, bəxtim.
Aşiqlər görəndə həsrətlə baxdım,
Sevdiyim gözləri bu gün görmədim.
***
Ayrılıq olmasın, kədər olmasın,
Sevənlər sevgidən yarım qalmasın.
Ayrılıq əzabı canlar almasın,
Sevənlərin gözü yolda qalmasın.
MƏN SEVMƏYİ BACARMIRAM
Unuduram dərdi, qəmi,
Əzab da izləyir məni.
Başımın üstündə həsrətin dəmi,
Bir sevən görmədim mən özüm kimi,
Sevilib-sevməyi bacarmıram mən.
***
Mən möhtac qalmışam təmiz sevənə,
Mənim varlığıma dəyər verənə.
Sevgini ən ali bir hiss bilənə,
O üzdən sevməyi bacarmıram mən.
***
Zəm-zəm kimi safdır, dünyatək qoca,
Mənim sevgim böyük, dağlardan uca.
Sevgi yaşamadım mən heç doyunca,
Mənimtək sevəni gözləyirəm mən.
***
Sevəndə hey unuduram özümü,
İtirirəm yerişimi, izimi.
Danmaram sevgimdə nə əhdimi, sözümü,
Mən sevən görmədim heç özüm kimi.
Pərvin Həsrətli








































.jpg)
.jpg)
.jpg)






























.jpg)
.jpg)
.jpg)













