Fərəh Əliyeva sədr təyin edildi, Qarayev müavin oldu
Prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb və nazirliyin tabeliyindəki kitabxanaları ləğv edib.
Kult.az xəbər verir ki, fərmanla Mədəniyyət Nazirliyinin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün Komissiya yaradılıb.
Komissiyanın sədri Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, komissiya sədrinin müavini isə Əbülfəz Qarayev təyin edilib.
PA-dan daha iki nəfər, o cümlədən maliyyə və təhsil nazirliklərindən və Bakı meriyasından bir nəfər olmaqla, komissiya üzvləridir.
Komissiya kitabxana sisteminin yenidən qurulması, daha təkmil muzey fəaliyyəti, musiqi məktəblərinin daha kompakt təşkili və s. bağlı təklifləri hazırlamalıdırlar.