"Avroviziya" koronavirusa görə təhlükə altına düşdü
"Avroviziya" beynəlxalq vokal yarışmasını təşkil edən Avropa Yayım İttifaqının (EBU) nümayəndələri müsabiqədə iştirak edən ölkələrin nümayəndələri ilə görüşə gələ bilməyəcəklər.
Oxuməni.az Lenta.ru-ya istinadən xəbər verir ki, təşkilatın üzvləri, həmkarlarından birinin koronavirusa yoluxmasından sonra qurumun üzvlərinə səyahət etməyi qadağan etdilər.
Qeyd edilir ki, Isveç və İsraildən olan nümayəndələr də Rotterdamda martın 9-da keçirilməsi nəzərdə tutulan görüşə getməkdən imtina ediblər. İsrailin ictimai yayım korporasiyası KAN Səhiyyə Nazirliyinin tövsiyələrinə görə Niderlanda nümayəndələrin göndərilməməsinə qərar verib.
"Avroviziya-2020"-ni Rotterdamda keçirmək niyyətindədir. Müsabiqənin finalı mayın 16-na planlaşdırılıb.
Oxuməni.az
Digər xəbərlər