Rusiyanın döyüşə göndərdiyi Donbas sakinləri əsir düşdü - Video
Rusiyanın Ukraynaya qarşı döyüşmək üçün göndərdiyi işğal olunmuş ərazilərin bir qrup sakini Donbasda əsir götürülüb.
Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələrin Əməliyyat Qərargahının mətbuat mərkəzi məlumat yayıb.
"Bu gün Donetsk istiqamətində müdafiəçilərimiz Rusiya Federasiyası silahlı birləşmələrinin bir qrup nümayəndəsini əsir götürüblər. Onların işğal olunmuş ərazilərin sakinləri olub: çilingərlər, müəllimlər, sosial işçilər. Kreml hakimiyyəti onların hamısını zorla səfərbər edib”, - deyə məlumatda bildirilir.
Digər xəbərlər



















































































