Rusiya Yanukoviçi prezident etmək istəyir - “Onu Minskə gətiriblər”
“Vətənə xəyanətə görə məhkum edilən sabiq prezident Viktor Yanukoviç hazırda Minskdədir, onu xüsusi əməliyyat üçün hazırlayırlar”.
Oxuməni.az xəbər vertir ki, Ukrayna mətbuatında ölkənin xüsusi xidmət orqanlarındakı mənbələrə istinadla belə bir xəbər yayılıb.
Xəbərdə deyilir ki, Rusiya rəhbərliyinin mövcud ssenarilərindən birinə görə, Yanukoviç “Ukrayna prezidenti” elan oluna bilər: “Əldə olunan məlumat göstərir ki, sabiq prezident Yanukoviçin Ukraynaya qayıtması ilə bağlı informasiya əməliyyatı, yaxud aksiyalar hazırlana və onun adından Ukrayna xalqına müraciət yayımlana bilər”.
Məlum olduğu kimi, Ukraynada Yanukoviçə qarşı bir neçə cinayət işi var. İndiyə kimi artıq qiyabi olaraq, vətənə xəyanətə görə ona 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.“AzPolitika.info”



















































































