Zelenski: Müharibə ərazilərimiz işğaldan azad edilənə kimi davam edəcək
Kiyev yalnız Ukraynanın ərazi bütövlüyünün bərpasını Rusiya üzərində müharibədə qələbə hesab edəcək. Yəni, Krım Rusiyanın işğalı altında olduğu müddətdə müharibə bitməyəcək.
Oxuməni.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski CNN telekanalına müsahibəsində deyib.
Zelenski deyib ki, Ukraynanın səyləri cənub və şərqdəki ərazilərin geri alınmasına yönəlsə də, əsas məqsəd Krımı azad etməkdir.
"Biz Ukraynanı Krımsız təsəvvür edə bilmərik. Krım Rusiyanın işğalı altında olduğu halda, bu, yalnız bir şey deməkdir: müharibə hələ bitməyib", -deyə o bəyan edib.
Zelenski Krımsız sülhün olub-olmaması ilə bağlı suala belə cavab verib: “O zaman bu, qələbə olmayacaq”.
Əziz Baş Göynüklü
Digər xəbərlər