Eks-prezidentin səhhəti ilə bağlı ciddi narahatlıq
Eks-prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı narahatlıq var. Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi Gürcüstan hakimiyyətini Mixail Saakaşvilini ekstradisiya etməyə çağırıb. Eks-prezidentin Ukrayna pasportu var. Kiyevdə siyasətçilər keçmiş Odessa qubernatorunun sağlamlığından ciddi şəkildə qorxurlar. Məhkəmə iclaslarından görüntülərdə Mixail Saakaşvilinin xeyli arıqladığı görünür.
Xatırladaq ki, Gürcüstanda müxalifətin təqib edilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı Saakaşviliyə qarşı eyni vaxtda bir neçə iş başlanıb. Özü də bu işlər siyasi motivli adlandırılır.
Eks-prezident dəmir barmaqlıqlar arxasında olduğu müddətdə dəfələrlə aclıq aksiyası elan edib. Qeyri-hökumət təşkilatları ondakı nəticəyə uyğun gəlməyən ən azı 10 diaqnoz aşkarlasa da, Gürcüstan hakimiyyəti bu tapıntıları təsdiqləmir.
Murad Şahməmməd