Gürcüstanda Zelenskinin qərarını “təhqir” adlandırdılar: Kiyev və Tbilisi arasında qalmaqal
Ukrayna prezidenti Vladimir Zelenskinin eks-prezident Mixail Saakaşvili ilə bağlı vəziyyətə görə Gürcüstan səfirini Kiyevdən qovmaq qərarı Gürcüstan hakimiyyətini təhqir edir.
Oxuməni.az xəbər verir ki, bunu hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze deyib.
Kobaxidzenin sözlərinə görə, o, “bu mövzunu şərh etməkdə uzağa getmək” istəmir, çünki söhbət hazırda müharibə şəraitində olan bir ölkənin prezidentindən gedir.
“Lakin ümumilikdə Ukrayna hakimiyyətinin bu mövqeyi bizim üçün təhqiramizdir”, - deyə Kobaxidze bildirib.
Kobaxidze əlavə edib ki, Gürcüstan hələ də Ukrayna ilə birtərəfli dostluq münasibətləri rejimini saxlamaq istəyir.
Əziz Salam
Digər xəbərlər