Pekin qonşularını hədələyir və digər ölkələri qorxudur
Çin beynəlxalq ictimaiyyətin Ukraynada davam edən müharibəyə reaksiyasından və Moskvanın hərbi uğursuzluqlarından dərs almalıdır.
Oxuməni.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Pekin Rusiyanın Ukraynadakı təcavüzünə görə ödədiyi və ya aldığı qiyməti izləyir”, - deyə Yens Stoltenberq bəyan edib.
Onun sözlərinə görə "Alyans Çinə düşmən kimi baxmır, lakin o, Pekini "Rusiya ilə iqtisadi, diplomatik və hərbi əməkdaşlığı artırmaq" əvəzinə, Ukraynadakı müharibəni dayandırmaq üçün Moskvaya müraciət etməyə çağırıb.
Stoltenberq Çin rəsmilərinin Tayvanın zorla ələ keçirilməsi ilə bağlı bəyanatlarını şərh edərkən deyib ki, Çin hökumətinin xaricdə getdikcə daha sərt davranışı və daxildə repressiv siyasəti NATO-nun təhlükəsizliyinə, dəyərlərinə və maraqlarına meydan oxuyur.
"Pekin qonşularını hədələyir və digər ölkələri qorxudur", - deyə NATO-nun baş katibi əlavə edib.
Əziz Mustafa