"Cinayətkar Putin rejimi sizi iyrənc müharibənin cəhənnəminə atıb..."

"Cinayətkar Putin rejimi sizi iyrənc müharibənin cəhənnəminə atıb..."

23 İyul 2023 10:19
Bəyəndim (0) Bəyənmədim (0)

"Rusiya onsuz da uduzacaq, bu, zaman məsələdir, çünki bütün sivil dünya Ukraynanın tərəfindədir..."

"İyun ayına olan məlumata görə, könüllü əsir düşməklə bağlı 20 mindən çox rusiyalı müraciət edib..."

Tanınmış ukraynalı jurnalist "top yemi" olmaq istəməyən rusiyalı hərbi qulluqçularına müraciət edərək "Yaşamaq istəyirəm" proqramı üzrə könüllü əsir düşməyi tövsiyyə edib

Ukraynalı jurnalist, "QORDON" internt nəşrinin təsisçisi Dmitri Qordon Ukraynada döyüşən rusiyalı işğalçılara Ukraynanın "Yaşamaq istəyirəm" dövlət proqramı üzrə könüllü olaraq əsir düşmələrinə çağırış edib.

Oxuməni.az xəbər verir ki, bu barədə o, "Teleqram-kanal"ında videomüraciətində bəyan edib.

"Rusiyalı əsgər və zabitlər! Öz xalqından on milyard, yüz milyardlarla dollar oğurlamış Vladimir Putinin cinayətkar rejimi sizi həlak olduğunuz dəhşətli, dağıdıcı, ədalətsiz, iyrənc müharibənin cəhənnəminə atıb. Ukraynada "Yaşamaq istəyirəm" adlı layihə mövcuddur. O, bu dəhşətli müharibədə iştirak etmək, "top yemi" olmaq istəməyən bütün insanların müraciət edib əsir düşə biləcəyi üçün xüsusi olaraq yaradılıb", - Qordon deyib.

O, vurğulayıb ki, Ukraynada hərbi əsirlərin bütün hüquqlarına riayət ediləcək.

"Ukrayna əsirliyində sizinlə insan kimi davranılacaq, siz təhqir olunmayacaqsınız. İstəsəniz, Ukraynada sığınacaq xahiş edə bilərsiniz və buna baxılacaq. Siz qidalandırılacaq, normal, insani şəraitdə saxlanılacaqsınız", - jurnalist qeyd edib.

O, əmin olduğunu bildirib ki, Rusiya bu müharibədə heç vaxt qalib gələ bilməyəcək. Bu müharibədə bütün sivil ölkələrin dəstək verdiyi Ukrayna qalib gələcək.

"Bu müharibənin heç bir perspektivi yoxdur, Rusiyanın heç bir gələcəyi yoxdur. Rusiya onsuz da uduzacaq, bu, zaman məsələsidir, çünki bütün sivil dünya özünün bütün iqtisadi, hərbi və digər imkanları ilə Ukraynanın tərəfindədir. Könüllü əsir düşün, öz həyatlarınızı qoruyub saxlayın, istəsəniz, öz ailələrinizə qayıdın, yeni həyata başlayın", - Qordon çağırış edib.

"Yaşamaq istəyirəm" layihəsi müəllifləri vurğulayıb ki, Ukrayna rusiyalı hərbi qulluqçularına "Kreml rəhbərlərinin ağılsız ambisiyaları naminə mənasız qurban olmamaq üçün" şans verir".

"Yaşamaq istəyirəm" layihəsi üzrə könüllü əsir düşənlər müharibəni əsirlikdə keçirmək, mübadilə üzrə evlərinə dönmək və ya müharibə bitəndən sonra Ukraynada sığınacaq xahiş etmək imkanı qazanır", - layihə müəllifləri qeyd edib.

Kontekst:

Hərbi əsirlərlə davranış məsələləri üzrə Koordinasiya Qərargahı 2022-ci ilin sentyabrında "Yaşamaq istəyirəm" layihəsinin işə başladığı barədə məlumat verib. Ona Ukrayna Müdafiə Nazirliyi və hərbi kəşfiyyat kuratorluq edir.

Bu layihə könüllü əsir düşməyin necə baş verməsi sxemini müfəssəl təsvir edib. Bunun üçün qaynar xəttə və ya "Teleqram-bot"a sorğu vermək lazımdır.

Ukrayna tərəfi sorğunu yoxlayır, sonra əməliyyat planlaşdırır və yaşamaq istəyəni "kombatantı cəbhə xətti və ya sərhəd vasitəsilə çıxarır".

Hərbi əsirlər müharibə bitənədək Ukraynada qalır və ya (arzu etdikdə) əsirlər mübadiləsi çərçivəsində evlərinə dönə bilər.

İyun ayına olan məlumata görə, "Yaşamaq istəyirəm" layihəsinə könüllü əsir düşməklə bağlı 20 mindən çox rusiyalı müraciət edib. Ukrayna kəşfiyyatı məlumat verib ki, zənglər o cümlədən hələ səfərbər olunmayan vətəndaşlardan da daxil olur.

Ukrayna hakimiyyəti əsir götürülən rusiyalı hərbçilərin dəqiq sayını açıqlamır. Ədliyyə Nazirliyi məlumat verib ki, dövlət bir əsirin saxlanılmasına ayda təxminən 10 min qriven (təxminən 270 dollar) xərcləyir. Moderator.az